“Guya başqa xəstəlikdən ölənə “COVİD-19” arayışı verilir”
“Bəzi sosial şəbəkələrdə yayılan şayiələr vətəndaşlarımızda inamsızlığa səbəb olur”. “AzerTaym.az" qafqazinfo-ya istinadən bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu şayiələrdən biri hər hansı xəstəlikdən vəfat etmiş şəxsə “COVİD-19” diaqnozunun qoyulması ilə bağlıdır: “Guya təcili tibbi yardım həkimləri və ya digər tibb işçiləri hansısa xəstəlikdən vəfat etmiş şəxslərin ölüm səbəblərinin “COVİD-19” kimi qeyd olunması ilə bağlı arayış verməyi təklif edirlər. Müvafiq qurumlar və bizim tərəfimizdən bunlar araşdırılıb. Tamamilə şayiə xarakteri daşıyır. Biz ilk gündən şəffaf çalışırıq. Kiməsə “COVİD-19” diaqnozunun qoyulması asan məsələ deyil”.