Həkim həyəcan təbili çaldı: “Pandemiya uşaqlarda aqressivlik yaradıb“ - Həkim

Həkim həyəcan təbili çaldı: “Pandemiya uşaqlarda aqressivlik yaradıb“ - Həkim

“Pandemiya təkcə tibbin problemi deyil. Ötən il yanvar ayında iqtisadiyyatın çökəcəyini deyirdilər. Mənə qəribə gəlirdi, amma virus dünya iqtisadiyyatına ciddi təsir göstərdi. Çox şükür ki, bizdə belə çöküş olmadı. Məsələnin siyasi tərəfi də kifayət qədər zərərlidir”.

Bu sözləri tanınmış pediatr Vaqif Qarayev deyib. O, səhiyyənin digər sahələrlə müqayisədə bütün pandemiyalarda daha çox yükləndiyini diqqətə çatdırıb:

“Biz həmişə Avropa səhiyyəsinə həsəd aparmışıq, amma pandemiya onları da çətin vəziyyətə saldı. Bu, bizim dərs çıxarmağımıza kömək etdi. Təbabətdə özəl sektorun etibarlı olmadığını göstərdi. Çünki İtaliya, İspaniya kimi ölkələlərdə tibb özəl sektorun hesabına işləyir. Sovet vaxtı da epidemiya olurdu, amma belə sarsıdıcı vəziyyət yaratmırdı. Məsələnin psixoloji tərəfinə keçək. Uşaqlarla işlədiyimə görə deyə bilərəm ki, böyüyən orqanizm qapalı məkanı sevmir. Uşaq psixası müxtəliflik, rəngarənglik sevir. Amma biz bir ildir ki, uşaqları qapatmışıq. Bunun nəticəsində xüsusilə azyaşlı uşaqlarda aqressivlik yaranıb. Bundan sonra nə olacağını isə bilmirəm”. /Yenisabah.az






Fikirlər