Bakıda “Pfizer“ peyvəndi vurduran şəxsin bədənini yara basdı - FOTO
Bakıda koronavirusa qarşı Pfizer peyvəndini seçən 28 yaşlı gənc oğlan iyulun 15-də ikinci dozanı vurdurub. Avqustun ortalarında qəfildən bədənində güclü ağrılarla oyanan Azər Məmmədov əvvəlcə soyuqladığını düşünür. Ağrıkəsici və parasetamol içsə də vəziyyət düzəlmir. 5 gün sonra onun bədəninin müxtəlif sahələrində herpes səpkiləri üzə çıxıb. "AzerTaym.az" bildirir ki, ona herpes zoster diaqnozu qoyulub və müalicəyə başlasa da hələ də ağrıları kəsməyib. Gənc pasiyent bildirir ki, ömründə ilk dəfədir belə xəstəliklə qarşılaşıb. Bir ehtimal da var ki, güclü peyvənd immunitetin mübarizəsini aktivləşdirir, orqanizmdə illərlə gizli qalan herpes oyanaraq, yeni antititellərə qarşı müharibəyə başlayır. Beləliklə, iki güclü virusun mübarizəsi immuniteti çökdürür. Pfizer peyvəndi qoruyuculuğuna görə Sinovakdan güclüdür və onun əks təsirləri və riskləri də çoxdur. /Medicina.az