İki jurnalistə Nobel Sülh Mükafatı verildi – dünya azad sözə DƏYƏR VERİRMİ?

Qulu Məhərrəmli: “Bunlar heç də həmişə jurnalistlərin xeyrinə nəticələnmir. Qətlə yetirilənlər olur, həbsə salınanlar olur, amma həm də Nobel mükafatı alanlar olur”

Bu il Nobel Sülh Mükafatına jurnalistlər Maria RessaDmitri Muratov layiq görülüb.

Mükafat onlara Filippində və Rusiyada ifadə azadlığını müdafiə etmək üçün "cəsarətli mübarizəyə" görə verilib. Jurnalistlər öz ölkələrində hakimiyyət nümayəndələrini qəzəbləndirən və onlara ciddi təhlükələr yaradan araşdırmalarıyla tanınırlar. Hər ikisi getdikcə çətinləşən bir mühitdə azad sözü müdafiə edirlər.

Nobel Komitəsi, Rusiyanın müstəqil Novaya Qazeta-nın həmtəsisçisi və redaktoru olan Dmitri Muratovun onilliklər ərzində getdikcə çətinləşən bir mühitdə azad sözü müdafiə etdiyini söyləyib.

Rappler xəbər saytının həmtəsisçisi olan Maria Ressa "öz ölkəsi Filippində hakimiyyətdən sui-istifadə, zorakılıq və artan avtoritarizmin ifşası" naminə fəaliyyətinə görə təqdir olunub.

Nobel komitəsinə əsasən, Maria Ressa və Dmitri Muratov söz azadlığı "idealını müdafiə edən bütün jurnalistlərin nümayəndələridir".

Maria Ressa da öz ölkəsində hakimiyyəti ifşa edən fəaliyyəti ilə seçilir. Məhz ona görə bu istiqamət üzər Nobel alıblar. Hazırda bu cür cəsarətli araşdırma yazıları çox azdır.

Nə qədər təqdir etsək də, jurnalistlərin təhlükəsizliyi məsələsi də var burada. Beynəlxalq miqyasda jurnalistlərin həyatı , təhlükəsizliyi necə qorunur, onların toxunulmazlığı varmı? Bu müküfatlandırma bütövlükdə jurnalistlərin, medianın avtoritar ölkələrdə hədəfə gəlmələrinə səbəb ola bilərmi? Bu təqdimata və mükafatlandırmaya Azərbaycan jurnalistlərinin münasibəti necədir?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran media eksperti Qulu Məhərrəmli builki beynəlxalq Nobel sülh mükafatının jurnalistlərə verilməsi və üstəgəl yaşadıqları ölkədə söz və ifadə azadlığına xidmətləri üçün bu mükafatın verilməsinin ciddi rəmzi mənası var: “Filippini Maria Ressa da, Rusiyalı Dmitri Muratov da öz ölkələrində insan haqlarının, ifadə azadlığının qorunması, insanların söz azadlığının müdafiə olunması sahəsində ciddi xidmətləri var. Əlbəttə, ki, onlar həm də araşdırma materialları ilə fərqlənirdilər. Maria Ressanın Filippin hakimiyyətini ifşa eləyən, korrupsiya materiallarını ortaya çıxaran çoxsaylı yazıları və araşdırmaları var. Bunlar beynəlxalq səviyyədə də təqdir olunan yazılardır. Dmitri Muratov isə “Novaya Qazeta” qəzetinə rəhbərlik eləyir. Bu qəzet ümumiyyətlə, Rusiyada həqiqətin yanında olmasıyla fərqlənən media qurumudur. Bu qurumun bir çox əməkdaşları, o cümlədən Anna Politkovskaya məhz Rusiya hakimiyyətinin korrupsiya fəaliyyətini ifşa etdiyinə görə, Çeçenistanda gedən müharibəyə qarşı çıxdığına görə, insan haqları ilə bağlı bir çox məsələləri gündəmə gətirdiyinə Rusiya hakimiyyətinin bir nömrəli düşməni hesab olunurdu və təəssüf ki, onu qətlə yetirdilər. Avropada Politkovskayaya xüsusi rəğbət var, hətta Avropa Birliyinin müzakirə zallarından biri Anna Politkovskayanın adını daşıyır. Mən o zalda diskussiyalarda iştirak eləmişəm. Heyif ki, insanlara ölümündən sonra Nobel mükafatı vermirlər. Verilsəydi Politkovskaya bu ada layiq olan ən görkəmli jurnalistlərdən biri olardı”.

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qulu Məhərrəmlinin sözlərinə görə, Nobel mükafatının bu iki jurnalistə verilməsi onları təhlükədən sığorta etmək üçündür: “Müəyyən dərəcədə digər jurnalistlərin də insanların söz azadlığı uğrunda, mətbuatın ictimai nəzarət funksiyasını reallaşdırmaq uğrunda mübarizəsini stimullaşdırır. Əlbəttə, bunlar heç də həmişə jurnalistlərin xeyrinə nəticələnmir. Qətlə yetirilənlər olur, həbsə salınanlar olur, amma həm də Nobel mükafatı alanlar olur. Yəni bu bir daha göstərir ki, bizim peşəmiz, həqiqi jurnalistika ilə məşğul olan insanlar üçün, xüsusən də araşdırma materialı aparanlar, hakimiyyətdəki korrupsiya ilə bağlı siyasətini ifşa edən jurnalistlər üçün həmişə təhlükə var, olub, yəqin ki, yenə də olacaq. Ona görə biz hesab edirik ki, bütün dünyada olduğu kimi Azərbaycanda da jurnalist təhlükəsizliyi ilə bağlı problemlər var. Söz azadlığına görə, reket düşüncəsiylə yox, həqiqi mənada cəmiyyətə fayda vermək istəyən insanlar üçün bəzən problemlər yaradılır və bu da bizdə ciddi təəssüf doğurur. Azərbaycanda bu gün ən az müraciət olunan jurnalistika sahəsi araşdırma jurnalistikasıdır. Çünki bu bir çox çətinliklər doğurur. Çətinliklər materialların toplanması, hazırlanması ilə bağlıdır və əlbəttə, ki, eyni zamanda o materialların çap olunması ilə bağlıdır. Nə olursa olsun , proseslər onu göstərir ki, araşdırma jurnalistikası jurnalistikanın ən çətin sahəsi olsa da ən şərəfli, ən dürüst , cəsarət tələb eləyən bir sahəsidir. Azərbaycanda da bunun inkişafı və həmin jurnalistlərin təhlükəsizliyinin qorunması çox vacibdir”.

Xalq Cəbhəsinin baş redaktoru: “Biz bazara işləmirik” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə vurğuladı ki, Nobel mükafatının obyektiv bir şəkildə təqdim olunması barədə birmənalı fikir söyləmək çətindir: “Dəqiq elmlərlə bağlı burada bir o qədər də ciddi problemlər yaşamasa da sülh mükafatlarının təqdimatında və yaxud digər bu kimi sahələrdə, humanitar istiqamətlərdə siyasi motivli mükafatların verildiyinin şahidi oluruq. İki jurnalistə Nobel mükafatının təqdim olunmasına, cəsarətli mübarizəyə görə onlara mükafat verilməsinə gəlincə, prosesinin daha sonra necə davam edəcəyini söyləmək çox çətindir. Ola bilsin ki, filippinli jurnalistlə bağlı məsələ fərqli bir kontekstdən dəyərləndirilməlidir və buna ehtiyac duyulur. Amma Rusiya kütləvi informasiya mühitində lı bundan sonra Dmitri Muratovun durumunun necə olacağı və hansı istiqamətdə fəaliyyətini quracağı hələ bəlli deyil. Doğrudur, Dmitri Muratov fəaliyyətində şəxsən Azərbaycan müstəvisindən dəyərləndirəcəyimiz iki mühüm aspekt var. Bu məsələyə obyektiv yanaşmağa imkan verir. Qarabağla bağlı birtərəfli formada yayımlanmış yazı bilavasitə “Novaya Qazeta”nın internet resurslarından Muratovun özünün göstərişi ilə çıxarılmışdı və qəzet bununla bağlı üzrxahlıq etmişdi. Başqa bir aspekt isə vaxtilə Laçın dəhlizi istiqamətində ermənilər tərəfindən çıxış edən PKK terrorçuları ilə bağlı olan, Moskvaya verilən bir açıqlama yaydı ki, burada da bütövlükdə Azərbaycan torpaqlarının işğalı prosesinə müəyyən qədər obyektiv bir yanaşma ortaya qoyulmuşdu. Bu kontekstdən dəyərləndiriləndə düşünürəm ki, Dmitri Muratovun mövqeyində və jurnalist kimi bu günə qədər fəaliyyətində obyektivlik olub.

Onun Nobel mükafatına layiq görülməsində siyasi motivlərin nə dərəcədə rol oynadığını söyləmək bir qədər çətindir. Amma mahiyyət etibarilə fakt baş verib”.

Jurnalistlərin təhlükəsizliyi məsələsinə gəldikdə isə, E.Mirzəbəyli bildirdi ki, bu hər zaman prioritet mövzulardan biri olaraq qalır və jurnalistlərin toxunulmazlığı məsələsi ümumiyyətlə mürəkkəb məsələdir: “Toxunulmazlıq deyəndə jurnalist özbaşınalığından , əlahəzrət faktların təhrif olunaraq təqdim olunmasından və jurnalistlərin bütün prinsiplərinin pozulmasından söhbət getmir.

Ümumiyyətlə, jurnalistlərin azad və sərbəst şəkildə fəaliyyət göstərməsindən söhbət gedirsə, dünyanın bir çox ölkələrində bununla bağlı problemlər yaşanır. Amma bu problemlərin həllinə mane olan təkcə ayrı- ayrı ölkələrdəki avtoritar rejimlər deyil, eyni zamanda jurnalist təşkilatlarının və müxtəlif beynəlxalq təşkilatların jurnalistlərin söz və fikir azadlığı məsələsinə ikili standartlardan yanaşması, özləri üçün məqbul hesab etdikləri halda bu məsələyə münasibət bildirmələridir. Nə qədər ki, bu ikili standartlar jurnalislərə münasibətdə də özünü büruzə verir, o zaman jurrnalistlərin immunitetinin möhkəmlənməsi istiqamətində addımların atılması mümkün olmayacaq. Bu məsələdə də vahid mövqedən, vahid ədalət prinsiplərindən çıxış etmək çox çətindir.

Çünki ədalət kompleks anlayışdır və o bir Rusiya jurnalistinə münasibətdə fərqli, Birləşmiş Ştatların jurnalistinə münasibətdə tamamilə fərqli bir kontekstdən dəyərləndirilə bilməz. Bu aspektdən obyektiv bir yanaşma ortaya qoyulmayana qədər və jurnalistika, söz azadlığı ayrı- ayrı ölkələrə geosiyasi təzyiq aləti funksiyasından xilası olmayana qədər , düşünürəm ki, bu istiqamətdə böyük irəliləyişlərə nail omaq mümkün olmayacaq”.  /Musavat.com

 
 






Fikirlər