Mehmetçiyin yeni süngüsü
Hissə 2. 120 mm-lik ALKAR minaatanları
Analizin 1-ci hissəsində Türkiyə müdafiə sənayesinin növbəti uğuru olan 81 mm-lik ALKAR minaatanları barədə məlumat vermişdik. Bu dəfə isə onun xələfi olan və modernləşdirilən 120 mm-lik versiya barədə əldə etdiyimiz məlumatları, o cümlədən bu silahların təyinatı, bir birindən fərqli cəhətləri, üstün və zəif tərəfləri, taktiki texniki xüsusiyyətləri və s. barədə detalları oxucuların diqqətinə çatdırmağa cəhd edəcəyik.
Üstünlükləri
120 mm-lik ALKAR, bir çox sistemlərlə təchiz edilən, fərqli şassilərə inteqrasiya oluna bilən universal və müasir silah minaatan kompleksidir. 120 mm-lik minalardan istifadə edən ALKAR minaatan kompleksi aşağıdakı üstün imkanlara malikdir:
Unikal geri təpmə mexanizmi;
Tırtıllı və təkərli şassislərə inteqrasiya imkanı;
Rahat və avtomatik sursat yükləmə mexanizmi;
81 mm-dən 120 mm-ə qədər fərqli minaatan komplekslərinin komanda idarəetmə məntəqələri ilə intreqrasiya imkanı;
120 mm-lik ALKAR minaatan kompleksi tamamilə ASELSAN şirkəti tərəfindən hazırlanıb. Minaatanın lüləsi hədəfə avtomatik rejimdə tuşlanır. Bundan başqa minaatan kompleksində avtomatik sursat yükləmə qurğusu, geri təpmə mexanizmi və atəşi idarəetmə sistemi mövcuddur.
Umumi xüsusiyyətləri
-Hər növ yerli/xarici 120 mm-lik yivli və ya yivsiz minaatanların lüləsinin inteqrasiya imkanı;
-Modul tipli arxitekturası sayəsində tırtıllı vasitələrə, taktiki təkərli nəqliyyat maşınlarına, və sabit platformalara inteqrasiya imkanı;
-Atış zamanı geri təpmə mexanizmi platformaya ötürülən atəş yükünü minimuma endirilməsi sayəsində kompleksin inteqrasiya edilə biləcək vasitələrin çeşidinin artırmaq imkanı;
- Avtomatik yükləmə mexanizmi sayəsində sürətli və təhlükəsiz şəkildə sursatın yüklənməsi;
- Hər növ minaatan sursatlar (MOD209, MOD226, MOD236,
MOD227) ilə istifadə qabiliyyəti;
- Avtomatik rejimdə hesablanan atəş əmrinə uyğun olaraq hədəfə dəqiq tuşlanma imkanı;
- Ətalətli Yerləşdirmə Sistemi (IPS) ilə mövqedə yerləşmək və lülənin dəqiq yönləndirilməsi;
- Yerinə yetiriləcək vəziələrə uyğun olaraq yerdəyişmə üçün mövqe, istiqamət, hündürlük məlumatlarının hazırlanması və xəritədə marşrutun çəkilməsi;
- Tapşırıqların rəngli və qrafik şəkildə istifadəçiyə təqdim edən interfeys;
- “NATO Armaments Ballistic Kernel” (NABK) ilə hədəfin ballistik parametrlərinin sürətli və dəqiq hesablanması;
- İlkin sürət ölçüsü;
- Rəqəmsal rabitə vasitəsilə meteoroloji məlumatların qəbul edilməsi;
- İlkin sürət və meteoroloji məlumatlardan istifadə etməklə dəqiq ballistik hesablama imkanı;
- Bütün minaatan atəşinə aid tapşırıqlarının yerinə yetirilməsi imkanı;
- Döyüş əməliyyatları zonasının bütün elementlərinin/məlumatlarının rəqəmsal xəritədə göstərilməsi;
- İstənilən taktiki və operativ strukturda mövcudluğu imkanı;
- ADOP-2000 ilə inteqrasiya olunaraq tapşırıqları yerinə yetirmək imkanı;
- Ön müşahidə, tuşlama radarları və TOMES meteoroloji sistemlərlə inteqrasiya imkanı;
- Mexaniki və avtomatik rejimlərdə atəş açmaq imkanı;
- Atəşin istənilən anda dayandırılması.
Versiyalar arasındakı əsas fərqlər
ALKAR ailəsinin 81 və 120 mm-lik iki bənzər kompleksi arasındakı əsas fərqlər, 120 mm-lik versiyanın daha uzaq atəş məsafəsinə, üstün zərbə gücünə, iri qabarit ölçülərinə, daha ağır kütləyə və avtomatik sursat yükləmə mexanizmə malik olmasından ibarətdir.
Taktiki-texniki xüsusiyyətlər
Lülə çapı: 120 mm;
Lülə tipi: yivli;
Atəş məsafəsi
- minimum: 1500 m;
- maksimum : 8000 m;
Lülə uzunluğu: 1900 mm;
Geri təpmə qüvvəsi: < 25 ton;
Atəşə hazırlıq müddəti: < 1 dəqiqə;
Mövqenin dəyişməsi üçün hazırlıq müddəti : < 10 saniyə;
Atəş sektorunun məhdudiyyətləri
- yan tərəflərə görə: ± 180 dərəcə;
- yüksəkliyə görə: 45 - 70 dərəcə.
Ölçüləri:
- eni: 1450 mm;
- uzunluğu: 2450 mm;
- hündürlüyü: 1100 mm.
Nəticə
ASELSAN tərəfindən yerli və milli olaraq inkişaf etdirilən və analizin ilk hissəsində bəhs edilən ALKAR avtomatik minaatan kompleksinin 81 mm-lik baza versiyasının kvalifikasiya sınaqları 2017-ci ildə uğurla tamamlanıb. Ardınca isə modernləşdirilən 120 mm-lik versiya üzərində çalışmalar yekunlaşıb.
Türkiyədə “Mehmetçiyin yeni süngüsü” olaraq xarakterizə edilən ALKAR ailəsinin avtomatik minaatanlarının istehsalını, eyni istehsalçının 2013-cü ildə hazırladığı Silah Aşkarlama Radarlarının (STR) kütləvi istehsalını başa çatdırması və onların 15 ədədini Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verməsi, ardınca isə 2016-cı ildə daha uzun mənzilli Silah Təsbit Radarlarının TSQ-yə ixracı üçün müqavilə imzalaması ilə paralel şəkildə dəyərləndirməliyik.
Nəzərə alsaq ki, Silah Təsbir Radarı düşmənin minaatan, artilleriya və raket atəşlərini aşkar edən və mərminin düşəcəyi yeri dəqiq hesablayan yüksək texnologiyalı radar sistemidir və ALKAR ailəsi də STR-lər ilə əlaqəli fəaliyyət göstərmək üçün nəzərdə tutulur, o zaman radar və silahın paralel hazırlanmasının əsas məqsədinin Türkiyə Ordusunun imkanlarını artırmaqlala bərabər bu silah və radarlarda xarici asılılığı minimuma endirilməkdən ibarət olduğunu əminliklə iddia edə bilərik.
Başqa sözlə desək, STR tərəfindən aşkar edilən düşmənin atəş vasitəsinin yerləşdiyi koordinatlar anında atəş dəstək bölmələrinə ötürülməsi, ALKAR və ya digər analoji vasitələrlə silahlanan bölmələrə ən qısa müddətdə düşmən mövqelərinə qarşı əks batareya atəşi açmağa və onları susdurmağa imkan verir.
Kompleksin ASELSAN tərəfindən Quru Qoşunları Komandanlığı üçün hazırlanan ADOP-2000 Atəş Dəstək Komanda və İdarəetmə Sistemi ilə inteqrasiyada fəaliyyət göstərməsi, atəş əmrinin avtomatik rejimdə hesablanmasını və hədəfə dəqiq tuşlanma imkanını təmin edir.
120 mm-lik ALKAR versiyasında mərmilər avtomatik olaraq lüləyə yüklənir. Hər iki versiyada lülə qabaqcıl və həssas elektromexaniki qüllə sistemi ilə 360 dərəcə fırlana bilir. Kompleks yüksək lülə bucaqlarında belə atış aça bilir.
ASELSAN tərəfindən inkişaf etdirilən yerli geri təpmə mexanizmi sayəsində atəş zamanı yaranan təzyiq minimuma endirilir. Bu xüsusiyyət minaatanın müxtəlif təkərli və tırtıllı vasitlərdə istifadə etməyə imkan verir. Kompleks gecə və gündüz, hər cür relyef və hava şəraitində istifadə üçün nəzərdə tutulur.
Kimsəyə sirr deyil ki, özünə
Ətraflıməxsus sistem dizaynı və inteqrasiya yanaşması ilə müxtəlif platformalarda istifadə oluna bilən silah sistemlərini inkişaf etdirən, istehsal etdiyi məhsullara servis və logistik dəstək verən ASELSAN fasiləsiz olaraq silah bazarının cari ehtiyaclara uyğun innovativ məhsullar yaratmaqda davam edir. Şirkətin geniş çeşiddə məhsulları Azərbaycan Silahlı Qüvvələri tərəfindən uzun müddətdir ki, uğurla istismar edilir. Odur ki, gələcəkdə ALKAR komplekslərinin Ordumuzun artilleriya bölmələrində peyda olmasını və istisna edə bilmərik.
Ədalət Verdiyev, hərbi ekspert
Ads by
Reklamınızı SmartBee ilə effektiv edin.