Azərbaycanda bütün siqaretlər bahalaşdı ...

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artıb.

AzerTaym.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb.
“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 qəpik qiyməti artırılıb.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib.
Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.






Fikirlər