Azərbaycanda 3 stadionu "yeyən"lərin işi yekunlaşır
Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə, Göygöl və s. yerlərdə olan stadionların qanunsuz satışı ilə bağlı məhkəmə araşdırmaları davam edir. Hakim qarşısına “Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev çıxarılıblar. Musavat.com xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin nümayəndələri çıxış edib. Vəkil Rəsul Yusifbəyli deyib ki, mülki iddia veriblər, heç bir ziyan ödənilməyib. O, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyib. Digər zərərçəkmişlərin nümayəndəsi Aslan İsmayılov və Ağaveyis Şahverdi də çıxış edib. Onlar da mülki iddialarının təmin olunmasını istəyiblər. Daha sonra Alik Həsənovun vəkili müdafiə çıxışı edib. Vəkil Alik Həsənova həbslə əlaqəli olmayan cəza verilməsini xahiş edib. Nadir Əliyevin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna zərərçəkmişlərin vəkili A.İsmayılov etiraz edib. Deyib ki, Nadir Əliyevin vəkili məqsədli şəkildə prosesi uzadır. Hakim isə deyib ki, çıxışa hazırlaşmaq üçün vaxt istəməsi vəkilin hüququdur. Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Nadir Əliyev və Alik Həsənovun hər birinin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin üzərinə qoyulan əmlakların müsadirə olunmasını, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönəlməsini xahiş edib. İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur. Növbəti proses iyulun 29-a təyin edilib.
Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.