GÜCLÜ KÜLƏK,SULU QAR,QAR olacaq - ƏhALİYƏ XƏBƏRDARLIQ!

"AzerTaym.az" bildirir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın pisləşəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və yağış yağacağı gözlənilir.

Dekabrın 9-dan 10-u gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.






Fikirlər