SİQARET MONOPOLİSTİNDƏN ŞOK ETİRAF - “Siqaretlərin 70-75 faizi eynidir”

rufet-quliyev-deputat-biznesmenRüfət Quliyev siqaret istehlakçılarını aldatdıqlarını açıq şəkildə bəyan etdi

“European Tobacco Baku” ASC tütün şirkətinin İdarə heyətinin sədri, deputat Rüfət Quliyev daxili bazarda satılan siqaretlərdən bəhs edib. Deputatın sözlərinə görə, hazırda insanlar arasında bahalı siqaretlərə tələbat azalıb: “Azərbaycanda bazar iqtisadiyyatıdır. Nəyə tələb varsa, ona da təklif var. Əgər tələb-təklif qanunu pozulursa, deməli, o məhsulun qiyməti aşağı düşməlidir. Proqnozum belədir ki, daha bahalı siqaretlərin satışı azalacaq və qiyməti aşağı düşəcək”.

Rüfət Quliyev qeyd edib ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: “Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır”.

Görəsən, istehlakçının açıq-aşkar aldadılmasına görə (biz hələ Rüfət Quliyevin deputat ola-ola bizneslə məşğul olduğunu açıq şəkildə bəyan etməsini demirik) istehsalçı şirkətin vəzifəli şəxsləri hansı məsuliyyət daşıyır? Onları cinayət məsuliyyətinə cəlb etmək olarmı?

MuzefferHüquqşünas Müzəffər Baxışov söyləyir ki, istehlak istehsalçı şirkətin tələblərinə cavab vermirsə və keyfiyyətdə alıcıları aldatmaq məqsədi olubsa, Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə istehlakçıları aldatmağa görə cinayət məsuliyyətinə cəlb edilmək mümkündür:“Həmin maddəyə görə onlar cəzalandırlmalıdırlar. Lakin hər bir halda bu məsələlər araşdırılmalı və həmin məhsulun keyfiyyəti dəqiq, dürüst müəyyən edilməlidir. Keyfiyyətin tütün məmulatları üçün nəzərdə tutulan istehlak normasına uyğun olub-olmaması məsələsi araşdırılmalı və sonradan həmin şəxsin əməllərinə hüquqi qiymət verilməlidir. Bu faktlar təsdiq olunsa, onlar Cinayət Məcəlləsinin 200-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.

eyyub-huseynovv_458Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov siqaretlərin eyni formada istehsal edilməsinin tərəfdarı olduğunu deyir. O, istehsalçıların istehlakçıları cəlb etmək üçün siqaretlərin fərqli formada buraxıldığını söyləyir:“Siqaretin hamısı təhlükəlidir. Hətta yüngül olduğu deyilən siqaretlər də nikotin tərkibi baxımından təhlükəlidir. İnsanların cürbəcür siqaretləri istehlak etmələri mahiyyəti dəyişdirmir. Cürbəcür markada istehsal edilən məhsulun hamısının tərkibi eynidir. Heç bir siqaret nikotinin azlığına və onu tərgitməyə xidmət etmir. Siqaretlərin cəlbedici qablaşdırılması istehlakçıların siqaret çəkməyə cəlb edilməsi üçün qiymətləndirilə bilər”.(azadlıq.info)

 






Fikirlər