19.02.2014. - "General Əli Nağıyev xəsarət almayıb, yalandır!"
AzerTaym.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir. Baş Prokurorluq bu məlumatı KİV haqqında qanunun pozuntusu, vəzifəli şəxsin işgüzar nüfuzuna xələl gətirilməsi və ictimai rəyi çaşdırmaq məqsədi kimi qiymətləndirir.
Baş Prokurorluq xatırladır ki, yalan və böhtan xarakterli məlumatların yayılmasına görə KİV orqanı rəhbəri cinayət və digər məsuliyyət daşıyır.
Baş Prokurorluq bu məsələ ilə bağlı Mətbuat Şurasına müraciət etmək niyyətindədir.