Mütəxəssislər tərəfindən “Facebook Messenger”də aşkar edilmiş təhlükə istifadəçiləri zərərverici proqram təminatını quraşdırmağa məcbur edir.
Xezerxeber.az-ın məlumatına görə, hakerlər istifadəçilərin hesablarına müdaxilə edərək onun dostlarına link göndərirlər. Həmin linkə keçid edən istifadəçi videodan ibarət səhifəyə, daha sonra isə brauzerdən asılı olaraq saxta sayta daxil olur. “Windows” əməliyyat sistemində “Mozilla Firefox” brauzerindən istifadə edən istifadəçilərə “Flash Player” yenilənməsi bəhanəsi adı altında zərərverici fayl yükləmək təklif edilir.
“Google Chrome” brauzerinin istifadəçiləri “YouTube”u xatırladan sayt görürlər. Onun üzərinə klik etdikdə yüklənilən genişlənmə öz növbəsində təhlükəli proqram təminatını yükləyir.
Həmçinin “Linux” və “MacOS” əməliyyat sistemlərinin istifadəçiləri təhlükə altındadırlar.