TƏHSİL Nazirliyinin sektor müdiri VƏFAT ETDİ
Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru, dosent Sülhəddin Gözəlov vəfat edib. AzerTaym.az xəbər verir ki, Sülhəddin Gözəlov ağır xəstəlikdən əziyyət çəkirmiş. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov onu bu cür xarakterizə edib. “Yaxşı insanları itirmək çox ağırdır. Belə insanlardan biri, səmimiyyəti, insanlığı, yüksək peşəkarlığı ilə örnək olan, təhsil sistemində özünəməxsus hörməti ilə hamının sevgisini qazanmışdı”. S.Gözəlov Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində işləyirdi; Allah rəhmət eləsin!