Bayıl ƏRAZİSİNDƏ quraşdırılan 17 CİHAZ – Açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bayıl yamacının sürüşmə ərazisində tədqiqat aparılması üçün sürüşmənin daban hissəsi deyilən yerdə və evlərin üzərində mayaklar qoyulub. Bunu ETSN Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, hərəkəti izləmək üçün ərazidə 17-yə qədər topoqrafik reperlər də quraşdırılıb: “Cihazlar sürüşmə kütləsinin üzərində və ətrafda müxtəlif yerlərdə quraşdırılıb. Onlar sürüşmə sahəsində ən kiçik tərpənişi də qeydə alır. Mütəmadi müşahidələr aparırıq. Hazırda vəziyyət stabildir. Amma bu o demək deyil ki, hansısa proses baş verməyəcək. Sadəcə hazırda ciddi dəyişiklik yoxdur”. Əziz Qaralov qeyd edib ki, hər 10 gündən bir Bayıl yamacının sürüşmə ərazisində araşdırmaların nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verilir. AzerTaym.az