Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə - FOTOLAR
"Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynlinin qızı Lalə dənizdə boğulub.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Məlumata görə, 33 yaşlı Lalə avqustun 4-də Xəzər dənizinin Mərdəkan hissəsində boğulub. Şahidlərin sözlərinə görə, hadisə zamanı dəniz çox dalğalı olub.
Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.
mənbə: xeberle.com