Azərbaycanlı məşhurlar əlbəyaxa olacaqlar — LAYİHƏ

Azərbaycanlı məşhurlar əlbəyaxa olacaqlar — LAYİHƏ

"Mayın ortalar ında "Dueldən duetə" adlı layihəmiz start götürəcək. İncəsənət aləmində tanınmış şəxslərin iştirakı ilə idmanın kiqboksinq növü üzrə döyüşlər keçiriləcək".

Bu fikirləri Ölkə.az-a açıqlamasında budo döyüş növləri üzrə dünya çempionu, tanınmış idmançı Anar Süleymanov səsləndirib. İdmançı bildirib ki, yarışın keçirilməsində məqsəd gənclərimizdə döyüş ruhunun, mübarizliyin artırılması istiqamətində aparılan işlərə dəstək olmaqdır. Yarışda 16 məşhurun iştirakı nəzərdə tutulur

"Buradan layihə iştirakçılarına öz təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, dəvətimi qəbul edib çəkinmədən razılıq verdiniz. Bura hər adamın yeri deyil. Çünki burada iştirak edəcək sənət adamları özlərində güc və cəsarət toplayaraq bir-birlərinə ağır zərbələr endirəcəklər. Buna isə hər adam tab gətirə bilməz".

Xatırladaq ki, bu, eyni formatda olan ikinci belə yarışdır. Məşhurlar arasında ilk belə turnir isə "Ulduzların döyüşü" adı altında (boks idman növü üzrə) keçirilmişdi.






Fikirlər