Futbol üzrə dünya çempionatını QADIN hakimlər də idarə edəcək

FİFA prezidenti Canni İnfantino 2018-ci ildə Rusiyada keçirləcək futbol üzrə dünya çempionatının oyunlarını idarə etmək üçün qadın hakimlərdən istifadəni təklif edib. 

 AzerTaym.az Modern.az -a istinadən bildirir ki, onun fikrincə, əgər Rusiyada keçirləcək dünya çempionatında qadın hakimlər də oyunlara təyinat alarsa, bu çox gözəl iş olar.

 Maraqlıdır ki, dünyada ən yaxşı qadın futbol hakimi IFFHS-in versiyasına görə ukraynalı Yekatirina Monzuldur.

 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 11 stadionunda keçiriləcək.






Fikirlər