Dünya Arda Turana heyran oldu

Dünya Arda Turana heyran oldu

Dünən Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarına start verilib.

Axar.az xəbər verir ki, ilk olaraq A, B, C və D qrupunda yer alan komandalar mübarizəni başa vurublar.
Günün ən maraqla gözlənilən matçı İspaniyada baş tutub. “Barselona” doğma meydanda “Borussiya Münhenqladbax”ı qəbul edib.
Oyunun 16-cı dəqiqəsində Messi hesabı açıb. İkinci hissədə komandanın türkiyəli futbolçusu Arda Turan 17 dəqiqəyə (50, 53 və 67-ci dəqiqələr) 3 qol vurmaqla het-trik edib.
Digər oyunlara gəlincə, A qrupunda lider PSJ öz meydanında “Ludoqorets”ə gözlənilmədən xal verib: 2-2. Bundan maksimum yararlanan "Arsenal" İsvemçrə “Bazel”ini 4:1 hesabı ilə məğlub edərək qrupda birinci yeri tutub. PSJ isə növbəti mərhələyə qrup ikincisi kimi yüksəlib.
Əsas diqqətlər B qrupuna yönəlmişdi. Çünki son tur öncəsi “Napoli”, “Benfika” və “Beşiktaş”ın 1/8 finala yüksəlmək şansı var idi.
Səfərdə Kiyev “Dinamo”sunun qonağı olan İstanbul klubu qırmızı vərəqələr almaqla darmadağın olub: 6:0. Səfərdə "Benfika"nı 1:2 hesabı ilə məğlub edən "Napoli" isə qrupu zirvədə tamamlayıb. "Benfika" ikinci olduğu halda, "Beşiktaş" ÇL-lə vidalaşıb.
C Qrupunda “Mançester Siti” öz meydanında “Seltik”i sınağa çəkib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
D qrupunda “Bavariya” - “Atletiko” matçı 1:0 meydan sahiblərinin xeyrinə, PSV - “Rostov” matçı isə qolsuz bərabərliklə bitib.






Fikirlər