Maşallah Əhmədov son sözünü DEDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
 
AzerTaym.az Apa-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə Maşallah Əhmədov son söz deyib.
O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla 2014-cü ildə İran İslam Respublikasından daş gətirib: "İş ortaqlığımız vardı. Ancaq sözümüz düz gəlmədiyi üçün ayrıldıq. Mən ona dəymiş ziyana görə 3 sot torpaq sahəsi vermişəm, daşları qaytarmışam. Ancaq o özü, mənə şər atır. Bəzi adamları başına yığıb, məni şantaj etməklə məşğuldu. Yusif Əzizovun məndən nə istədiyini bilmirəm. Mən ona 11 min manat pul və iki "KamAZ" daş qaytarmışam. Ancaq bu adam məndən yenə pul istəyir. 128 min manat tələb edir. Hansı haqla? Mən ona yalnız 25 min manat kompensasiya verə bilərəm. Ötən dəfə 45 min manat borc alıb, gətirib verirəm, götürmür. Mən hesab edirəm ki, mənim həbsim kimlərinsə marağına xidmət edir".
M. Əhmədov zərərçəkmişə 30 min manat və üstündə mənzil verməyi təklif edib. Zərərçəkmiş Y. Əzizov isə bununla razılaşmayıb.
Müşavirədən sonra hökm oxunacaq.
Hakimlər hökm oxumaq üçün müşavirəyə gedib.

 

 






Fikirlər