Azərbaycan klubunun baş məşqçisi futbolçuları söyür - ŞOK İDDİA

Azərbaycan klubunun baş məşqçisi futbolçuları söyür -

"Neftçi"ni 2:0 hesabıyla məğlub etməklə 5-ci pilləyə yüksələn "Sumqayıt" yenidən diqqətləri üzərinə çəkməyi bacardı.

"Gənclik şəhəri" təmsilçisinin bu uğurunda komandanın baş məşqçisi Samir Abasovun əməyi danılmazdı. Xarizmatik çalışdırıcı çətin məqamlarda komandasını toparlaya, vacib qələbələr qazana bilir. "İnter"in avrokuboklara qatılması sual altında olduğundan "Sumqayıt" qalan turlar ərzində 5-ci pilləni qorumağı bacarsa, ölkəmizi Avropa Liqasında da təmsil edə bilər.
Sport7.az-ın redaksiyasına bu günlərdə Samir Abasovla bağlı xoşagəlməz informasiya daxil olub. Məlumatda bildirilir ki, Abasov yetirmələri ilə həddən artıq aqressiv davranır, onları ağır söyüşlərlə təhqir etməkdən belə çəkinmir. Onun bu cür davranışı isə futbolçularda narazılıq doğurur. 
Çalışdırıcının məşqdə söyüş söyməsi Kamran Abdullazadənin narazılığına səbəb olub və futbolçu çalışdırıcıya etirazını bildirib. Abdullazadə deyib ki, onun şəxsiyyətini təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Bundan sonra isə Abdullazadə Samir Abasovun qəzəbinə tuş gəlib və baş məşqçi onu əsas heyətdən kənarlaşdıraraq əvəzedici komandaya göndərib.
Digər bir olayda isə Bəhlul Mustafazadənin adı hallanır. "Qəbələ"ni "Sumqayıt"a dəyişən Mustafazadənin dinə baxışları onun başına bəla olub. Ateist olduğunu dilə gətirən futbolçunun fikirləri baş məşqçinin və klub rəhbərliyinin xoşuna gəlməyib və ona bildiriblər ki, sözlərini geri götürməsə, komandadan göndəriləcək. Bir müddət əsas heyətdən kənar qalan Bəhlul dünən "Neftçi"ylə oyunda son dəqiqələrdə əvəzetmədən meydana daxil olub. Əvvəlki turlarda isə Bəhlul 90 dəqiqə ərzində ehtiyat oyunçular skamyasını tərk etməyib.
Gün ərzində hər iki iddia ilə bağlı Samır Abasovun fikirlərini öyrənməyə çalışacağıq.
AzerTaym.az

 






Fikirlər