“Səbir etdiyim illərin əvəzini aldım” - “Qarabağ”ın fORVARDI
“Qarabağ”ın forvardı Dino Ndlovu Cənub Afrika milli komandasına dəvət almasına münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, hücumçu bunu sürpriz olmadığını bildirib. Ndlovu bu dəvətə əvvəlcə inanmadığını bildirib:
“Mən buna inanmırdım. İndi də anlamıram. Bu barədə məlumatım yox idi. Lakin yığmaya dəvət almaq mənim üçün sürpriz deyil. Çünki son zamanlar çox səylə çalışırdım. Deyirdim ki, səbir etdiyim illərin əvəzini aldım. İşimiz bitməyib. Mən daha çox çalışmalıyam".
Dino "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Çelsi"yə qarşı ilk oyunu barədə də danışıb:
"Bizim üçün yaxşı təcrübə olacaq. Yaxşı oynadığımı hiss edirdim. Performansımı daha yaxşı göstərməyim üçün mənə 1 qol lazım idi".
Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. Dino yığmada son görüşünü 2012-ci ildə Braziliyaya qarşı keçirib.
CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.