Mbappe, Jezus, yoxsa DEMBELE?
Dünyanın ən yaxşı gənc futbolçusuna (21 yaşına qədər) verilən "Golden Boy" mükafatına namizədlərin sayı 3-ə endirilib. Qol.az goal.com-a istinadən yaydığı xəbərə görə, namizədlər Kilian Mbappe (PSJ), Qabriel Jezus ("Mançester Siti" ) və Usman Dembeledir ("Barselona"). Qeyd edək ki, ilk siyahıda 25 oyunçunun adı yer almışdı. Əlavə edək ki, qalib "Tuttosport"un Avropa jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən müəyyənləşəcək. Qalibin adı oktyabrın 23-ü açıqlanacaq.