Dünən çempion olan Rauf DİN-in ƏMƏKDAŞI İMİŞ

Dünən çempion olan Rauf DİN-in əməkdaşı imiş

Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasında keçirilən klublararası komanda çempionatında qalib gələn Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının üzvü Rauf Məmmədov polis baş leytenantı imiş.

“AzerTaym” DİN-ə istinadən xəbər verir ki, R.Məmmədov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantıdır.Bildirilir ki, R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildən qrossmeysterdir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. 2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir. Üçqat Azərbaycan çempionudur.

 






Fikirlər