Faiq Qarayevin səhhətində PROBLEM YARANDI
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət millimizin baş məşqçisi Faiq QarayevTürkiyədə müalicə olunub. Unikal.org-un əldə etdiyi məlumata görə, müalicəsini başa vuran təcrübəli mütəxəssis bir neçə gündür Bakıya qayıdıb.
Faiq Qarayev müalicədən qayıtdığını Unikal.org-a açıqlamasında təsdiqləyib:
"Mən artıq 1 ildir müalicə alıram. Məndə aritmiya var. Müalicə almaq üçün bazar ertəsi yenidən Türkiyəyə gedəcəm”.
Qeyd edək ki, aritmiya ürəyin ritminin nizamsızlığıdır, yəni anormal ürək ritmidir.