Dünya çempionu Azərbaycana ərə gəldi

Dünya çempionu Azərbaycana ərə gəldiAğırlıqqaldırma üzrə gənclər arasında qazaxıstanlı dünya çempionu Anastasiya Şvabauer Azərbaycan milli komandasına cəlb olunub. 20 yaşlı atlet İbrahimli soyadlı azərbaycanlıya ərə getdikdən sonra milliləşdirilib.

Cütlüyün toyu bu yaxınlarda olub. Həmyerlimiz perspektivli idmançı ilə ailə qurmaqla, həm də həyat yoldaşının öz ölkəmiz adına uğurlar qazanmasına şərait yaradıb. İndi qazaxıstanlı legioner millimizdə Anastasiya İbrahimli kimi çıxış edəcək. O, yenə 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, Anastasiya İbrahimli bir müddət öncə millimizin heyətində məşqlərə başlayıb.

Qeyd edək ki, Anastasiya Şvabauer bu il Perunun paytaxtı Limada keçirilmiş dünya çempionatında 75 kq çəki dərəcəsində birdən 98 kq, təkanla isə 126 kq ağırlığın öhdəsindən gələrək, 224 kq ümumi nəticə ilə qızıl medal qazanıb.






Fikirlər