Məşhur FUTBOLÇUNUN evi QARƏT OLUNUB
Almaniya milli komandasının sabiq qapıçısı Oliver Kanın evi qarət olunub. “Report” “Focus”a istinadən xəbər verir ki, oğrular 48 yaşlı veteran futbolçunun mənzilindən seyf aparıblar. Hadisə baş verən zaman O.Kan və ailə üzvləri evdə olmayıblar. Bu səbəbdən zərərçəkən yoxdur. “Bavariya”nın sabiq qapıçısına dəyən maddi ziyanın məbləği açıqlanmır. Lakin söhbətin 6 rəqəmli məbləğdən getdiyi bildirilir. Qeyd edək ki, O.Kan 1995-2006-cı illərdə Almaniya millisinin heyətində 86 oyun keçirib və 71 qol buraxıb. O, 2008-ci ildə karyerasını başa vurub.