Bu idman növləri KİŞİLƏRƏ ziyandır – ALİMLƏR
Köln Universitetinin alimləri kişilərin sağlamlığı üçün təhlükəli olan idman növlərinin adlarını açıqlayıblar. Axar.az xəbər verir ki, siyahıya velosiped sürmək və marafonda qaçmaq başçılıq edir. Belə ki, bu aktiv məşqlərdən sonra kişilərin cinsi orqanlarında qan dövranının pis getdiyi aşkar edilib. Hətta bu idman növləri bəzi kişilərin impotent olmasına da səbəb olur. Motosikletlə və atla bağlı idman növləri də kişilərin sağlamlığı üçün təhlükə mənbəyidir.