28.02.2014. - Bəylər Əyyubov təşkilat yaratdı
Azərbaycan Nazirlər Kabineti dünən “Hərbi-ovçular ittifaqı” MMC-nin nizamnaməsini və strukturunun təsdiqlənməsi barədə yeni bir qərar verib.
AzerTaym.az hökumətin rəsmi saytına istinadən xəbər verir ki, “Hərbi-ovçular ittifaqı” MMC Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzdində yaradılıb.
Yeni qurumun əsas vəzifəsi ov və ovçuluq təsərrüfatlarının təşkili və idarə olunması, habelə peşəkar və idman ovçuluğu sahələri üçün müvafiq inventar və avadanlıqların istehsalı ilə məşğul olmaqdan ibarətdir. Bu inventardan istifadəyə nəzarət hüquqi da MMC-yə verilib.