Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul -GÖRÜŞ KEÇİRİB...
Bu gün 32 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 1 №-li sahə inzibati ərazi dairəsi üzrə Özbəkistan küçəsi 6, 8, Q.Qarayev prospekti 12, K.Balakişiyev küçəsi 11 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər. Səyyar qəbulda vətəndaşlar yaşadıqları binanın giriş qapılarının, pilləkən qəfəsələrinin və istilik sisteminin təmir olunması, məhəllədəki ağacların budanması və digər məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər. Qəbulda rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.