Arif Qasımov sakinlərlə görüşdü - Fotolar

Arif Qasımov sakinlərlə görüşdü

12 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Ə.Vəliyev küçəsi 3, Q.Qarayev prospekti 2, İ.Müzəffərroğlu küçəsi 3, 3a, 4, 6 ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirilib.

“AzerTaym.az" bildirir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Sakinlər məhəllənin abadlaşdırılması və işıqlandırılması, yaşadıqları binanın girişlərinin və dam örtüklərinin təmiri, kanalizasiya sistemində tutulmaların aradan qaldırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənildikdən sonra müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sakinlər problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 



 






Fikirlər