“Onlar özləri özlərini ifşa edir” – Nazirlikdən CAVAB

“Onlar özləri özlərini ifşa edir” –

Kənd Təsərrüfatı naziri İnam Kərimovun dünən Göyçayda keçirilən müşavirədə 1992-1993-cü illərdə üzümçülük, baramaçılıq və kənd təsərrüfatının digər sahələrinə ciddi zərbə vurulması barədə fikirlərinə "aqrar ekspertlər"in verdiyi cavaba baxın”.

“AzerTaym.az" bildirir ki, bunu KTN-nin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib. O, bildirib ki, bu rəqəmlərlə həmin ekspertlər özləri özlərini ifşa edirlər. 

Əkin sahələri məhv edilib deyəndə üzümçülük infrastrukturunun dağıdılması nəzərdə tutulur O dövrdə bu adamlar üzümlüklərdəki beton dirəkləri çıxarıb satdılar, şərab zavodlarındakı çənləri doğrayıb, metal tullantısı kimi satdılar, avadanlıqları satdılar, 100-ə yaxın şərab zavodunu məhv etdilər.

Üzümçülüyü məhv etdilər dedikdə, infrastrukturun məhvi nəzərdə tutulur, bunlar isə elə düşünür ki söhbət üzüm tinglərini dartıb yerindən çıxarmaqdan gedir.

İnfrastruktur məhv edildikdən sonra üzümlüklər avtomatik məhvə məhkum idi, insanların üzümü sata biləcəkləri yer qalmamışdı, ona görə bağlar baxımsız qaldı, sahə məhv oldu.

Rəqəmlərə baxın - 1985-1991-ci illərdə alkoqolizmə qarşı mübarizə çərçivəsində üzümlüklər nə qədər vəhşiliklə məhv edilsə də, ən azı yarısı qorunub saxlanan bilmişdi. Sahələr məhv edilsə də, infrastruktur qalırdı. 1991-1993-cü illərdə üzümçülüyün onurğa sütunu - infrastruktur məhv edildi. Məsələnin mahiyyəti budur.

Baramaçılıqda da eyni vəziyyətdir. Barama müəssisələrinin necə talan edildiyi hamının yadındadır. Bunların metal sevgisi ölkənin kənd təsərrüfatının göz bəbəyi olan baramaçılığı, ipəkçiliyi məhv edib. Baramaçılıq şəbəkəsi dəyər zənciri üzrə bir-bir dağıdıldı. Özünümüdafiə məqsədilə bir cədvəl paylaşıb, əslində bu cədvəllə özlərini ifşa edənlər baramaçılıq bağlı ittihamları niyə cavablandırmırlar? Çünki, deməyə sözləri yoxdur”.

 






Fikirlər