Minimum pensiya məbləği artıqca tələb edilən minimal pensiya kapitalı da avtomatik artır.

Bəzi ekspertlər hesab edir ki,gələcəkdə minimum pensiya məbləği 200 manat deyil 300 manat olsa, o zaman tələb edilən minimum pensiya kapitalı 43200 olacaq.

Bu isə gələcəkdə pensiya təyinatında problemlərə səbəb ola bilər.Ona görə də pensiya kapitalının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi təklif edilir.

Dövlət sosial müdafiə fondunun şöbə müdiri bildirib ki, mövcud qanunvericilik hələki pensiya sığortaolunanları əhatə edir. Eyvaz İsmayılov əlavə edib ki, ildən-ilə pensiya islahatlarının davam etdiyini nəzərə alsaq, ehtiyac olarsa bu məsələyə də baxıla bilər. 

VİDEO