COVİD-in ölkəyə vurduğu zərər: Ciddi rəqəmlər... (TƏHLİL)

COVİD-in ölkəyə vurduğu zərər: Ciddi rəqəmlər... (TƏHLİL)

"Azərbaycan iqtisadiyyatında daralma müşahidə olunur. Təəssüf ki, bunun fəsadları gələn il də davam edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert hesab edir ki, Azərbaycanda və dünyanın hər yerində sərt karantin tədbirləri və qapanmalar iqtisadiyyata böyük zərbə vurur:
 
 
"Azərbaycanda mart ayının ortalarında yaranan vəziyyət davam edir. Arada qısa müddətə müəyyən sahələrin açılması oldu. Amma elə sahələr var ki, ümumiyyətlə, qapalıdır. Bu, həm şadlıq evlərinə aiddir, həm qapalı idman müəssisələrinə. Orada da kifayət qədər insan çalışırdı. Kafe və restoronlar üzun müddət qapalı qaldı. Açılan vaxtlarda da çox qısa müddətli işləmək imkanı oldu. Həm insanların qəbul edilməsi, həm masaların düzülməsi ilə bağlı şərtlər irəli sürüldü. Bunun da ciddi təsiri oldu. Rəsmi rəqəmlər də artıq göstərir ki, Azərbaycanda karantin rejiminin bu il ərzində dalğalı tətbiqi iqtisadiyyata böyük zərbə vurub. Ümumdaxili məhsil 4,3% azalıb. Bu, ciddi rəqəmdir. Və bu, iqtisadiyyatın dağılmasının əsas göstəricilərindən biridir".
Natiq Cəfərli iş yerləri ilə bağlı problemlərin olduğunu qeyd edib:
"Mart ayının əvvəlindən Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 90 min işsiz var idi. Amma elə vəziyyət yarandı ki, 600 min insana işsizlik müavinətinin verilməsinə ehtiyac yarandı. Bunun özü də ciddi bir göstəricidir. Qeyri-ərzaq ticarət dövriyyəsində zəifləmə mövcuddur və kifayət qədər daralmalar var. Sərt karantin rejiminə düşünülmüş qaydada gedilsə, məncə, bu, daha effekt verər".
Natiq Cəfərli bildirib ki, pandemiyanın təsirlərindən onlayn ticarətdə müəyyən artımlar yaranıb:
"Bundan əlavə, Azərbaycanın ciddi axsaqlığı ondan ibarətdir ki, pandemiyaya qədər bütün dünya onlayın sifarişlərlə, ticarətlə bağlı  müəyyən yol qət etmişdi. Azərbaycanda bu sahə çox əzif inkişfa eləmişdi. Pandemiyanın təsirlərindən bu sahələrdə müəyyən artımlar var, amma ümumilikdə bütün dünya, Avropa ölkələri, hətta qonşu olkələrlə müqayisədə hələ bu sahədə ciddi catışmazlıqlar var". 






Fikirlər