Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik enerjisi üzrə abonentlərin sayı açıqlanıb

Artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində "Azərişıq" ASC-nin 932 abonenti mövcuddur.

AzerTaym.az bildirir ki, bu barədə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bunun 279-u qeyri-əhali abonentləridir.

A.Məmmədzadə bildirib ki, işğaldan azad edilən ərazilərdəki abonentlərin hamısı smart sayğaclarla təmin ediliblər: "Növbəti illərdə bu qurumun abonentlərin sayı daha çox artacaq. "Azərişıq" buna tam hazırdır və istənilən tələbata uyğun olaraq elektrik enerjisinin qarşılamağa hazırdır".






Fikirlər