2023-cü il Azərbaycan iqtisadiyyatında nə ilə yadda qaldı? - İqtisadçı açıqladı

2023-cü il Azərbaycan iqtisadiyyatında nə ilə yadda qaldı? - İqtisadçı açıqladı

"2023-cü il Azərbaycan üçün yaddaqalan illərdən oldu. Çünki 2023-cü ildə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu kontekstdən 2023-cü ildə bir tərəfdən iqtisadi artım tempi qorunub saxlanıldı". 
 
Bunu Millət vəkili Vüqar Bayramov 2023-cü ilin iqtisadi vəziyyətini Moderator.az-a şərh edərkən dedi.
 
 
Onun sözlərinə görə, ilin sonuna doğru bir faizə yaxın iqtisadi artım qeydə alınacağı gözlənilir: "Xüsusən, nəzərə alsaq ki, 2022-ci ildə neftin bazar qiymətinin yüksək olması səbəbindən artım tempi daha yüksək idi. 2023-cü ilin iqtisadi baxımdan yaddaqalan hadisələrini qruplaşdırsaq, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurması artıq Füzuli və Laçında qayıdışın həyata keçirilməsi xüsusi  qeyd olunmalıdır.  Bir tərəfdən də ərazilərimizin bərpasına ayrılan vəsaitin həcmində artımlar oldu. Baxmayaraq ki, 3 milyarddan 4, 6 milyard istiqamətinə yönəldildi. Son üç ildə Qarabağa və Şərqi Zəngəzurun bərpa yenidurmasına 12 milyard manat vəsait ayrılıb. Bu il məskunlaşmanın intensivləşməsi, Zəngilandan sonra Laçında məskunlaşmanın həyata keçirilməsi ilə yadda qaldı".
 
Deputat əlavə edib ki, digər mühüm məqam qeyri-neft sektorundakı artımın ümumi iqtisadi artımla müqayisədə daha yüksək olmasıdır: "Praktik olaraq mərhələli şəkildə qeyri-neft sektoru drayverə çevrildi. Makroiqtisadi stabillik qorunub saxlanıldı. Bu, çox vacib idi. Bir sözlə, 2023-cü il iqtisadi baxımdan stabil il oldu".






Fikirlər