Banklar əmanətçiləri belə aldadır - Ağlasığmaz - Ağlasığmaz OYUN...

Banklar əmanətçiləri belə aldadır - Ağlasığmaz OYUN

Bir müddətdir ki, bəzi bankların əmanət faizlərini aşağı endirməsi müşahidə olunur. Banklar bunu belə izah edirlər: əmanətçi yüksək faizə "şirniklənərək" banka pul qoyur, bunun müqabilində bank kreditorlara eyni faizlə kredit vermir, yəni mütənasiblik yaradır. Bu sarıdan son addımı “Bank VTB Azərbaycan” atıb, yəni depozit faizlərini endirib. Bank sərfəli əmanət paketi üzrə gəlirliliyi 1-3% azaldıb.

Əmanət faizlərinin endirilməsində başlıca səbəblər nədir?

Yenisabah.az-a açıqlamasında ekspert Əkrəm Həsənov bu cür davranışı bankların əmanət qoyuluşunda o qədər də maraqlı olmaması kimi səciyyələndirib.

“Həmin banklara əmanət lazım deyil. Yerli banklarımızın əmanət faizləri yüksək deyil, çünki pulları çoxdur.

Əvvəllər banklar əmanət faizlərini endirməyə çəkinirdilər, çünki müştərilərin digər banklara yönəlməsindən ehtiyat edirdilər. Amma bu təhlükə artıq yoxdur. Ən vacib məsələ əmanət faizinin kredit faizinə bağlı olmasıdır. Hazırda ölkədə böyük bankların kredit faizləri qismən aşağıdır. Buna görə də bir çox sahibkar kredit götürmək üçün bu cür iri banklara müraciət edir. Belə olduqda kiçik və orta banklar onlarla rəqabət apara bilmir. Həmin banklar əmanət faizlərini endirməyə məcbur olur.

Əslində, bu ölkə iqtisadiyyatı üçün müsbət haldır, çünki əmanət faizi nə qədər yüksək olsa, kredit faizi də yüksək olacaq. İqtisadiyyat üçün də kredit faizlərinin aşağı olması vacibdir”.

Ekspert ölkədə vətəndaşların yatırım etmək üçün alternativ tapmadığını bildirib: 

“Buna görə insanların qismən banklara əmanət qoyacaq. Amma xatırlayırsınızsa, keçən il bank əmanətləri üzrə faizlərə vergi güzəşti ləğv edildi. İl boyu 10 faiz vergi tətbiq olundu. Ancaq bu, bank əmanətlərinin ümumi həcmini aşağı endirmədi. Əksinə, ötən il əmanətlər 1 milyard manat artdı.

Gəlin razılaşaq ki, banka əmanət qoyanlar yetərincə imkanlı, artıq pulu olan şəxslərdir. Bu qəbildən olan şəxslərin bir neçə variantı olur. Ya daşınmaz əmlaka investisiya qoymaq, loru dillə desək, ev alqı-satqısı, ya da banka əmanət qoymaq.

Birinci kəsim daşınmaz əmlak qiymətlərində kəskin artım gözləntisində idi. Amma artım müşahidə olunmadı, onlar daha çox əmanətçi kimi banklara üz tutur.

Digər variant biznesə yatırmaq ola bilər, amma bu gün ölkə biznes mühiti bərbad vəziyyətdədir”.






Fikirlər