Məşhur biznesmenin oğlu yanaraq öldü – VİDEO
Rusiyanın Moskva şəhərində “Maserati” avtomobili işıq dirəyinə çırpılaraq alışıb. İstipress xəbər verir ki, maşının sürücüsü hadisə yerində yanaraq ölüb. Avtomobil moskvalı biznesmenin 26 yaşlı oğlu Artur Moiseyevə məxsus olub. Elə bahalı avtomobili də oğluna atası hədiyyə edibmiş. Qəza bu gün günorta saatlarında Rostov sahilində baş verib. Məlumata görə, gənc oğlan yüksək sürətlə hərəkət edib və kor bağırsağından əməliyyat olunan dostuna baş çəkmək üçün xəstəxanaya gedirmiş. Arturun atası Andican Moiseyev mətbəx texnikasının ticarəti ilə məşğul olur. Atanın hadisə yerinə gəlməsinə baxmayaraq, polislər tərəfindən yanmış avtomobilin yanına buraxılmayıb. Məlumata görə, sürücünün ölməsinə səbəb yanğın deyil, açıq kəllə-beyin travması olub. Faciəli qəzanın görüntülərini təqdim edirik: