Moskvada iki məmur güllələndi
Rusiyanın paytaxtı Moskvada iki məmur iş yerində güllələnib. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan biri paytaxtın Krasnoqorsk bölgəsinin vitse-meri Georgi Kotlyarenkodur. Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin bildirib ki, bu gün günorta saatlarında yerli sahibkarlardan biri vitse-merin şəhər administrasiyasındakı otağına girərərək onu güllələyib. Həmin şəxs tikinti işləri ilə məşğul olan iş adamıdır. Qatilin ikinci qurbanı Krasnoqorsk elektrik şəbəkəsinə nəzarət edən məmur Yuri Karaulov olub. İş adamı hər iki məmuru odlu silahla vurduqdan sonra hadisə yerindən qaçıb və «Range Rover» markalı avtomobili ilə ərazidən uzaqlaşıb. Onun yanında bir nəfərin də olduğu bildirilir. İş üzrə istintaq başladılıb, təhqiqat gedir.