06.03.2014. - Özünə bax”da münsiflərdən iştirakçılara jest - fotolar

06.03.2014. -  Özünə bax”da münsiflərdən iştirakçılara jest - fotolarÖtən gün ATV telekanalının zövq yarışması “Özünə bax”da bayram əhval-ruhiyyəsi yaşanıb.

Canlı efirdə ikinci çərşənbə qeyd edilib. Verilişdə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, aparıcı Nərgiz Cəlilova, modelyer Afaq İsmayılova və vizajist Aytən Hüseynova əyləşib. Bu dəfə üç gənc zövqünü nümayiş etdirmək şansı qazanıb. Məhəmməd Əzimov, Simuzər Şərafətdinov və Humay Mehdiyeva geyimi ilə münsiflərin diqqətini çəkib. Onlardan ikisinin geyim tərzi tamamilə dəyişdirilib. Nəticədə, münsiflər hər üç gəncin ikinci yarımfinala keçməsinə icazə veriblər.

Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftədə 3 gün saat 15:00-da yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru isə Qəmər Abbasovadır.

Müsabiqədə birinci yerin sahibi olan xanıma tac, bəyə isə avtomobil hədiyyə olunacaq.

Fikirlər