2016-cı ildə geyimi ilə gündəmə gələn yerli tanınmışların siyahısını təqdim edirik.
Bu il geyimi ilə ən çox gündəmə gələn "Eurovision” təmsilçimiz Səmra Rəhimli olub. Hər dəfə tədbirlərə qısa şortik və sinə dekolteli libasla gələn Səmra müzakirə obyektinə çevrilib.
Geyimi ilə hər kəsi təəccübləndirənlərdən biri də əməkdar artist Nahidə Orucova olub. Aktrisa əməkdar artist Almaz Ələsgərlinin ad günü mərasiminə geyindiyi sinə dekolteli libasla səs-küy yaradıb.
İsveçdə yaşayan "Miss millenium” gözəli Validə Abbasova ilin ən açıq-saçıq geyinən tanınmışı olub.
Müğənni Nura Surinin qatıldığı tədbirlərdən birində geyindiyi sinə dekolteli libası başına bəla olub. Əyilən ifaçının sinəsi görünüb.
Müğənni Dilarə Kazımova etdirdiyi fotosessiyaları ilə gündəmə gəlib. İfaçı hər fotoda bir açıq libasdan istifadə edib.
"Eurovision” qalibi Nigar Camal da cəsarətli geyimiylə gündəmə gələnlərdəndir. Həmkarı Miri Yusifin konsertində səhnəyə çıxan N.Camalın libası mayonu xatırladıb.
Əməkdar artist Zöhrə Abdullayevanın konsertlərdən birində istifadə etdiyi paltarı sinə dekoltesi ilə diqqət çəkib.
Xalq artisti Məleykə Əsədova tədbirlərdən birinə qısa libas geyinib ki, bu da aktrisanın başına bəla olub. Avtomobilinə əyləşmək istəyəndə aktrisanın ətəyi qalxıb.
Aparıcı Nərgiz Məmmədovada il ərzində geyindiyi libaslarla dəfələrlə gündəmə gəlib. Moda nümayişlərindən birində podiuma çıxan Nərgiz transparan libas geyinib. Daha sonra isə o kürək dekolteli paltarı ilə diqqət çəkib.
Aktrisa Zarina Qurbanova rol aldığı "Gizlənpaç" filminin qala gecəsinə uzun yarıqlı libas geyinib. Əyləşəndə isə paltar aktrisanın başına oyun açıb.
Müğənni Xatun Əliyevada libası ilə gündəmə gələnlərdəndir. Sənətçi dəniz kənarında yerləşən istirahət mərkəzlərindən birində səhnəyə çıxıb. Külək Xatunun paltarını qaldırıb.
Müğənni Roza Zərgərli isə bu il daha çox sinə dekolteli libaslar geyinib.