01.09.2014- Nadirin qızıl eynəyini oğurladılar

01.09.2014- Nadirin qızıl eynəyini oğurladılarBu gün Bakı Biznes Mərkəzində Sevil-Sevinc bacılarının klip təqdimatı mərasimində xoşagəlməz hadisə baş verib.
Lent.az-ın məlumatına görə, əkiz bacılara dəstək olmaq üçün təqdimat mərasiminə gələn müğənni Nadir Qafarzadənin eynəyi oğurlanıb. N.Qafarzadənin stolun üstünə qoyduğu gün eynəyi naməlum şəxs tərəfindən götürülüb.

Müğənni açıqlamasında bildirib ki, həmin eynəyin dəyəri 8 min manatdan çoxdur və üzərində 23 qram qızıl işlənib. Oğrunun müəyyən edilməsi üçün tədbir keçirilən məkanı izləyən təhlükəsizlik kameralarının çəkdiyi lentlər incələnəcək.

Nadir Qafarzadənin həmin eynəklə çəkdirdiyi fotonu təqdim edirik.






Fikirlər