“Qadın çox sevdiyi üçün illərlə SƏBR EDİB DÖZƏR”

bitmap-img6

Qadın hiss edir... Amma hər zaman gözləyib səbr edər....

 

AzerTaym.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova İnstaqram hesabında yazıb. 
Müğənni tənhalıqdan, diqqətsizlikdən gileylənib:
"Qadınla maraqlanmadığınız zaman məntiqli bir açıqlama gözləyər. Heç "Başını yalanlarla aldatdım" deyə, düşünməyin. Qadın yalanlarınızı da hiss edər. Siz min cür bəhanələrlə gəlsəniz də, qadın onsuz gerçəyi bildiyi üçün təbəssüm edər və yenə keçər. Çox sevdiyi üçün aylarla, illərlə səbr edib dözər. Qəlbində qopan fırtınanı yalnız özü dinlər, axan göz yaşlarını da elə özü silər. Amma qadın elə bir nöqtəyə gələr ki, heç bitməyəcək sevgisini də, sizə verdiyi illərini də, tükənmək bilməyən səbrini də heç gözləmədiyiniz bir anda yox edər. Başa düşdün?"






Fikirlər