Azərbaycanlı çoban “O səs Türkiyə”ni ayağa qaldırdı - Möhtəşəm ifa - VİDEO
İfaları ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərov bu dəfə “O səs Türkiyə”ni ayağa qaldırıb. İfaçı yarışmada ona məşhurluq qazandıran “Nazənəndə sevgilim” mahnısını ifa edib. Pərvin Səfərovun ifasını bəyənən Hakan, Hadisə və Murad Boz ona tərəf dönüblər. Pərvin Səfərov yarışmanı Murat Bozun komandasında davam etməyi istəyib. Türk sənətçilər isə ifaçının səsinə olan heyranlıqlarını gizlədə bilməyiblər. Verilişin aparıcısı Acun İlıcalı isə Pərvin Səfərovun çoban olduğunu bildirib və onu məşhurlaşdıran videonu ekranda nümayiş etdirib. Jüri üzvləri Pərvinin çoban olduğunu bilincə daha da təəccübləniblər. Sənətçi Yıldız Tibe isə onun səsini çox bəyəndiyini, sadəcə şivəsindən xoşlanmadığına görə çevrilmədiyini deyib. Qeyd edək ki, Neftçala rayonunun Qaçakənd kəndinin sakini olan Pərvin Səfərov bir müddət əvvəl qoyunları otararkən etdiyi ifaları ilə məşhurlaşmışdı. Onun videoları Türkiyənin ən məşhur tele-kanallarında yayımlanmışdı.