“Öz ərini başqası ilə aldadan qadınlara...” - Xatun
“Mən şou-biznesdən uzaqlaşmaq istəmirəm. Hamı indi bu arenaya gəlmək istəyir. Hətta evdar qadınlar özlərini müğənni kimi aparır. İnstaqramda videolar çəkirlər, paylaşırlar. 50 izləyicisi var, təkəbbürlü və eqolu olurlar. Mən niyə şou-biznesdən uzaqlaşım? Düşmənlərim getsin”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva lent.az-ın canlı yayımında olarkən bildirib. O, şou-biznesin hazırki vəziyyətindən danışıb. Bundan əlavə, Xatun evli kişilərlə sevgili olan xanımlar barədə hər kəsi təəccübləndirəcək açıqlama verib: “Yuva yıxanın yuvası olmaz. Müğənnilər evli insanlarla görüşürsə, bunu gizli saxlasınlar. Bu gün çox hadisələrlə qarşılaşırıq. Artıq müğənnilər evlilərlə görüşməyə çəkinirlər. Hər an hər şey ola bilər. Onlara deyərdim ki, kiminsə bədbəxtliyi üzərində xoşbəxtliklərini qurmasınlar. Bir-iki il xoşbəxt ola bilərsən, daha sonra burunlarından gəlir. Heç kəsi mühakimə etmək istəmirəm. Özünü çox sevən qadın evli ilə görüşməz. Öz ərini başqası ilə aldadan qadınlara Allah lənət eləsin. Onlar şeytanın baş məsləhətçiləridir. Evli xanım ərini istəmirsə, boşansın. Belə şeylərə pis baxıram. Amma bəylər dinimizin qaydalarına uyğun olaraq 4 xanımla ailə qura bilər”. Xatun Əliyevanın sözügedə açıqlaması ilə 22-ci dəqiqədən sonra tanış ola bilərsiz: