“Kaş kifir olardım, amma xoşbəxt olardım...“ - VİDEO

“Kaş kifir olardım, amma xoşbəxt olardım...“ - Video

Aparıcı Afaq Gəncəli şəxsi həyatından bəhs edib.

Yenisabah.az xəbər verir ki, "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı olan aparıcı məşhur xanımın ailə qurmasının çətin olduğunu deyib:

"Televiziya qədirbilməz sahədir. Yaxşılıq tez unudulur. Əgər aparıcısansa, şöhrətin də olacaq. Beş il maaş almadan işləmişəm. Peşəmi nə qədər sevsəm də, çox şeyi itirmişəm. Peşəmə görə xoşbəxtliyimin bir tərəfin itirmişəm, böhtanlara məruz qalmışam. Aparıcıların hamısından soruş, bunu deyəcəklər. Bu qadınların həyatları uğurlu deyil. Deyirlər ki, "Onu milyonlar görürsə, mənim ailəmə layiq deyil". Hələ də bu fikirlə yaşayanlar var".

42 yaşlı teleaparıcı şanslı qadın olmağı arzuladığını bildirib'

"Həyatda şanslı qadın olmaq lazımdır. Kaş kifir olardım, amma o qədər şanslı və xoşbəxt olardım ki..."

Həmin görüntüləri təqdim edirik:

 






Fikirlər