"Firdevs Yöreoğlu kimi tanınmaqdan yoruldum"
Aktrisa Nebahat Çehre İstanbulun Bebek səmtində jurnalistlərin obyektivinə tuş gəlib. Axşam.az xəbər verir ki, o, "Aşk-ı-memnu" srialında canlandırdı Firdevs Yöreoğlu obrazından söz açıb. O, insanların hələ də o obrazla xatırlamasından yorulduğunu deyib. Çehre "127 filmdə rol aldım. Amma eyni qadını canlandırmaqdan yoruldum. Firdevs Yöreoğlu kimi adımın hallanmasını istəmirəm" deyib. O, həmin rolunu unutduracaq başqa bir obraz axtardığını bildirib/