Aysel Şükürova boşandığına peşman olub: “Üzr istəmək keçir içimdən...” - VIDEO

Aysel Şükürova boşandığına peşman olub: “Üzr istəmək keçir içimdən...” - Video 

Bir müddətdir Bakı Lift İdarəsinin sabiq  direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovdan boşanıb.

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, son günlər  A.Şükürün paylaşdığı video və fotolarda kefsiz olması izləyicilərinin diqqətini çəkib.

O, "Instagram" səhifəsində videopaylaşım edərək darıxdığını bildirib: 

“Səninlə bağlı ağlımdakıları təsadüfi bir anda xatırlamaqdan qorxar olmuşam artıq. Öyrəşdim dediyim bir vaxtda sənin ağlıma gəlməyin hələ də mənə yaxşı təsir etmir desəm tam yeridir. Səhv başa düşmə, səndən nifrət etmərəm əsla, amma səni hələ də sevməyim məni məhv edir. İndilik sadəcə zamanın mənə yaxşı gəlməsini istəyirəm, biraz zamana hətta çoxca zamana ehtiyacım var. 

Sənin üçün darıxmamağa çalışıram, lakin olmur. Bacarmıram. Və bəzən üzünə baxıb səndən səni sevdiyim üçün üzr istəmək keçir içimdən. Amma “eybi yox” deyərsən deyə əl çəkirəm bu düşüncəmdən. Kimsəsi olmayan, hara gedəcəyini bilməyən bir insan kimi öz yerimdə fırlanıram. Amma yenə də hərşeyə rəğmən canın sağ olsun”. 

Xatırladaq ki, A.Şükür və Oqtay 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla nikahdan isə əkiz oğulları var. Cütlüyün münasibətlərinə son qoymasına səbəb xəyanət olub.

Həmin görüntüləri təqdim edirik:

 






Fikirlər