Flora: "Bu barışıq heç vaxt olmayacaq" - VİDEO

Flora: "Bu barışıq heç vaxt olmayacaq" - video"ChatBox" kanalında müəllifi Nail Naiboğlu "STOP" proqramında qonaq xalq artisti Flora Kərimova olub.

Axşam.az-ın məlumatına görə, sənətkar həyatındakı qadağalardan danışıb:

"Həyatım "stop"lardan ibarətdir. İlk "stop"u mənə anam qoymaq istəyib.
Mənim doğum tarixim Böyük Vətən Müharibəsi illərinə (1941-1945- red) təsadüf edir. Anam məndən azad olmaq istəyib.
Ailəmin təkidi ilə dünyaya göz açmışam. Amma bilsəydim ki, dünya belə vəfasızdır, heç doğulmazdım. Mənə hədsiz qadağa qoyanda tank kimi divarı yarıb keçə bilərəm. Heç kimdən küsmürəm. Sadəcə, o adamın həyatından həmişəlik gedirəm. Heç vaxt da qarğışım kimisə tutmur. Canım boğazıma yığılanda, "ay Allah..." deyib qarğış etmək istəyəndə Rəbbim mənə "stop" deyir".

Sənətkar sonra deyib:

"Qızımı həmişə nəzarətdə saxlayıram. Zümrüdüm deyir ki, "ana, görəsən, nə vaxtsa mənə sərbəstlik verəcəksən?" Son vaxtlar o, Bakıda olanda istəyirəm, onu çox çəksinlər. Çünki mən olmayanda bu dünyada Zümrüdüm mənimlə olan lentlərə baxıb anasızlıq hiss etməsin".

Flora xanım Zümrüdün xalq aritsti İlhamə Quliyeva ilə anasını barışdırmaq istədiyinə də münasibət bildirib:

"Məndən fərqli olaraq qızım humansitdir. O, istəyir ki, biz barışaq. Amma bu barışıq heç vaxt olmayacaq".



 
 






Fikirlər