Aygün Bəylərin qardaşı əfv üçün prezidentə müraciət etdi
Dünyasını dəyişmiş Əməkdar artist Aygün Bəylərin həbsdə olan qardaşı Abbas Hümmətov və bacıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar. AzerTaym.az unikal-a istinadla xəbər verir ki, müraciətdə Əməkdar artistin qardaşı törətdiyi əməldən peşman olduğunu, artıq cəzasının yarıdan çox çəkdiyini və zərəçəkmişlə barışıq əldə etməsini əsas gətirərək Prezidentin humanistlik göstərərək onu əfv etməsini xahiş edir. Qeyd edək ki, müraciətə Aygün Bəylərin 4 bacısı və 13 yaşlı qızı Canan Hümmətova da qoşulub.