“Cəmilə vedrənin içində civədir” -Jurnalist yenə TV-də dava saldı
Şair və jurnalist Anar Vəziroğlu yenə efirdə qalmaqalla gündəmə gəlib. Publika.az xəbər verir ki, bu dəfə o, “Elit star” ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilə mübahisə edib. Cəmilə və Əməkdar artist Ruhəngiz Musəvi efirdə üz-üzə gəliblər. Buna səbəb ifaçının Ruhəngiz Musəviyə “50 ildir oxuyur, bir dənə də hiti yoxdur” sözləri olub. Vəziroğlu “Elizlə İzlə” verilişində qonaq olan ifaçıları səmimiyyətsiz adlandırıb: “Bunlarda səmimiyyət deyilən şey yoxdur. Amma Ruhəngizi çıxıram. İnsanlarda çatışmayan səmimiyyətdir. Bunlar elə düşünürlər ki, burada yalan danışsalar da, ekranın digər tərəfindən onlara söz deyən olmayacaq. Bu Cəmilə ömür boyu belə olub. Cəmilə vedrənin içində civədir. Hətta vedrənin dibini də yeyəcək”.