"10 milyard oğurlanmış pulu xalq verməlidir?" - ELNARƏ ÜSYAN ETDİ.
Tanınmış müğənni Elnarə Xəlilova bankomatlarda əhalidən əlavə vergi tutulmasına əsəbiləşib. Elnarə Xəlilova sosial şəbəkələr vasitəsilə Beynəlxalq Bank rəhbərliyinə üzünü tutaraq bu cür qərarın düzgün olmadığını vurğulayıb:
"Beynəlxalq Bank göstərdiyi xidmətlərin dəyərini 50 faiz qaldırıb. Bundan sonra bankomatdan pul çıxararkən hər 100 AZN-ə 1.60 manat tutulacaq. Məgər bankomatlar da dollarla işləyir? Ay bu cür qərar verənlər, nəzərinizə çatdırmaq istəyirəm ki, əhalinin məvacibləri hələ qaldırılmayıb, təəssüflər olsun. Bir maraqlı məqam, bir il əvvəl dolların məzənnəsi 0,78 olanda, Azərbaycan Beynəlxalq Bankı niyə hər 100 AZN-ə 78 qəpik tutmurdu? Yoxsa 10 milyardlıq oğurlanmış pulu biz qaytarmalıyıq?"